Avropa Komissiyasının“Erasmus+” proqramı çərçivəsində “Ali Təhsildə Potensialın gücləndirilməsi” üzrə məlumatlandırma görüşü təşkil olunub

Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Ali Təhsildə Potensialın gücləndirilməsi” üzrə Azərbaycan Texniki Universitetində məlumatlandırma görüşü təşkil olunub. Bu görüş Avropa Komissiyasının Azərbaycandakı rəsmi nümayəndəliyi kimi Milli Erasmus+ Ofisi tərəfindən  “Ali Təhsildə Potensialın gücləndirilməsi (2021-2027)  və yeni layihələrin təqdimatına yönəlmişdir.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 30 ali təhsil müəssisəsinin aidiyyatı üzrə nümayəndəsi iştirak edib.

Milli Erasmus+ Ofisinin təşkilatçılığı ilə keçirilən məlumatlandırma sessiyasında ofisin direktoru Pərviz Bağırov ali təhsildə “Erasmus +” proqramları, o cümlədən ali təhsil müəssisələrinin xarici universitetlərlə mübadilə imkanları, “Jean Monnet (CBVET, EMJM/EMDM) layihələri, o cümlədən potensialın gücləndirilməsi üzrə yeni çağırışların xüsusiyyətləri haqqında məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş mütəxəssisi Vüsalə Qurbanova ali təhsildə potensialın gücləndirilməsi üçün Azərbaycanın milli prioritet istiqamətləri haqqında təqdimatla çıxış edib. Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.

Gəncə Dövlət Universitetini Respublika səviyyəli tədbirdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təmsil edirdi.

Qeyd edək ki, yeni çağırış ali təhsil müəssisələrində yeni layihələrin yazılması və xaricdə təhsil imkanları daha da artırılır. Beləliklə vurğulanan istiqamətlər üzrə işlərin aparılması Universitetimizin struktur bölmə, dekanlıq və kafedralarının bu fürsütdən istifadə etmələrinə çağırırıq. Aidiyyatı üzrə Universitetin Beynəlxalq əlaqələr şöbəsinə müraciət arzu olunandır.