Avropalı mütəxəssislər Gəncə Dövlət Universitetində italyan dilini tədris edəcəklər

Gəncə Dövlət Universitetində (GDU) “ERASMUS+KA1” layihəsi çərçivəsində ödənişsiz italyan dili kursu fəaliyyətə başlayacaq. Avropa Komissiyasının maliyyə vəsaiti hesabına həyata keçirilən layihə yanvarın 31-dən fevralın 17-dək fəaliyyət göstərəcək.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, layihənin əsas məqsədi GDU-nun xarici dillər fakültəsinin 15-20 nəfər müəllim və doktorantı üçün italyan dili kursu təşkil etməkdir.

Təlimlər Ka Foskari Venesiya Universitetinin Linqivisitika və mədəniyyətlərarası münasibətlər kafedrasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri tərəfindən aparılacaq.

İki həftəlik intensiv kursdan sonra keçiriləcək imtahanda uğur qazanan əməkdaşlar Ka Foskari Venesiya Universitetində yenidən bir və ya iki həftəlik kurslarda iştirak edə biləcəklər.