Azərbaycanın marağı regionda sabitliyin qorunmasıdır
20 yanvar 2026-cı ildə keçirilən Davos Ümumdünya İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız regional deyil, qlobal siyasi-iqtisadi gündəmin fəal iştirakçısıdır. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan qlobal prosesləri, sadəcə, kənardan izləyən deyil, dəyişən dünya reallıqlarında öz maraqlarını qorumağı bacaran fəal dövlətdir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın seçdiyi yol hər kəsə aydındır: milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququ tamamilə kənara qoymayan praqmatik siyasət.
Azərbaycan regionda qısamüddətli razılaşmalardan daha çox, konkret addımlara və beynəlxalq səviyyədə tanınan sülh təşəbbüslərinə əsaslanan uzunmüddətli sabitlik və əməkdaşlıq xətti yürüdür. Müsahibədə Prezident İlham Əliyev Ermənistanla sülh prosesinin artıq konkret nəticələr verdiyini və regionun tarixində nadir rast gəlinən bir mərhələyə qədəm qoyulduğunu vurğuladı. Prezidentin “əbədi sülh” ifadəsi isə Azərbaycanın qısa müddətli razılaşmalarla deyil, uzunmüddətli sabitliklə maraqlandığını göstərir.
İran ətrafında baş verən proseslərə toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın əsas marağı regionda sabitliyin qorunmasıdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

