Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır

Ölkə başçısı Cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şoltsla və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri olduqca səmərəli keçdi.  

    Berlində keçirilən görüşlərdə ölkə başçısı Cənab İlham Əliyev bildirib ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Ölkəmizdə qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub.

   Ötən ilin dekabrında Buxarestdə ölkəmizdən Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaq, Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəkdir.

   Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır, enerji sahəsində uzunmüddətli əməkdaşlıq mümkündür.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti