Tələbələrimiz Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya ediblər

      Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Pedaqoji fakültənin bir qrup tələbəsi Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə  ekskursiya ediblər. Burada gənclərə Azərbaycan Xalq Cumhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolundan bəhs edilib. Bildirilib ki, muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir, Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal bəyannaməsi bu muzeydə qorunub saxlanılır.

    Muzeydə sərgilənən həmin dövrə aid sənəd və materiallarla tanışlıq tələbələrin marağına səbəb olub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti