“Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

                Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

      Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə  Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və Tarix-Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə diqqəti və qayğısı yüksək səviyyədə olmuşdur. Ümummilli Liderin sayəsində Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsası qoyulmuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mədəniyyət və incəsənətimizin inkişafı naminə mühüm tədbirlər həyata keçirilir.

    Tədbirdə Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulovanın “Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir”məruzəsi dinlənilib.

    Sonda Sosial iş ixtisasının tələbələri mövzu ətrafında  çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti