Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Gəncə Dövlət Universiteti və Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Öncə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

    Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq Ümummilli Lider Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında geniş danışıb.

   Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun sədri Camal Əliyev çıxışında ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və vəkillik fəaliyyətinin inkişafı istiqamətində görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki,  Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra edilməkdədir. 

    Tədbirdə 1 saylı Vəkillər Bürosunun vəkilləri Səadət Seyidli, Ramil Əliyev, Asif Abdullayev və Kərim Məmmədov çıxış edərək cəmiyyətdə insanlara  hüquqi yardım göstərilməsi, hər bir şəxsin hüquqlarının qanunla qorunan mənafelərinin müdafiəsi və vəkillik fəaliyyətinin əsas prinsipləri barədə ətraflı məlumat veriblər.

   Sonda tədbir iştirakçılarının sualları vəkillər tərəfindən ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti