“BƏDƏN DİLİ” SEMİNARI KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı daima tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif  layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirir. Bu məqsədlə də 18 noyabr 2016-cı il tarixdə universitetin əsas binasında tələbələrin iştirakı ilə “Bədən dili” seminarı keçirilmişdir.

Tələbə Gənclər Təşkilatının sədri Orxan  Məmmədov giriş sözündə qonaqlara və tələbələrə universitetdə gənclərlə görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.

Universitetin magistratura şöbəsinin I kurs tələbəsi İzzət Rəhimov insanların öz fikirlərini qarşı tərəfə çatdırılmasında bədən dilinin önəmindən,ondan düzgün istifadə qaydalarından danışmış, “Bədən dili” anlayışının daha dəqiq qavranılması üçün müxtəlif oyunlar təşkil etmişdir.

Seminar tələbələrdə xoş təəssürat yaratmışdır.