BƏDİİ QİRAƏT VƏ BƏDİİ YARADICILIQ ÜZRƏ MÜSABİQƏ


08 aprel 2015-ci il tarixində Gəncə Dövlət Universitetinin II korpusunun iclas zalında Tələbə Gənclər Təşkilatının geniş tədbiri keçirildi. Təşkilatın sədri  Orxan Məmmədov  giriş sözündə rektor professor Yusif Yusibovun qayğısı nəticəsində istedadlı tələbələrin aşkar edilməsi və onların həvəsləndirilməsində son vaxtlar çox işlər görüldüyünü, bu sahədə bir-birindən maraqlı layihələr hazırlandığını və reallaşdığını xüsusilə qeyd etdi. Bu istiqamətdə daha ciddi işlər görüləcəyini bir daha vurğuladı.
Tədbir bütün fakültələri əhatə etməklə tələbələr arasında bədii qiraət və bədii yaradıcılıq müsabiqəsinə həsr edilmişdir. Müsabiqədə hər iki sahə üzrə 16 nəfər tələbənin ifası dinlənildi. Müsabiqə komissiyasının rəylərinin yekun nəticəsinə  görə bədii yaradıcılıq üzrə İqtisadiyyat və idarəetmə fakültəsinin IY kurs tələbəsi Şahin İslam I yerə, Pedaqoji fakültənin III kurs tələbəsi Əfsanə Mövlayeva  II yerə, Riyaziyyat –informatika fakültəsinin I kurs tələbəsi Hekayət Əhmədzadə III yerə sahib olmuşdur.
Bədii yaradıcılıq üzrə Filologiya fakültəsinin II kurs tələbəsi Şahzadə Qəhrəmanlı I yerə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi II yerə, həmin ixtisasın III kurs tələbəsi Rufanə İbadlı isə III yerə layiq görülmüşdür.
Sonda söz müsabiqə komissiyasının üzvlərindən professor Mübariz Yusifov, Redaqoji fakültənin dekanı Bayram Apoyev, mətbut və ictimaiyyətlə əlaqələrin rəhbəri Maqbet Əhmədov ifaçıların çatışmayan və müsbət cəhətlərini bildirərək, ümumiyyətlə belə bir tədbirin  ilk addım olaraq müvəffəqiyyətindən bəhs etməklə onlara uğurlar arzuladılar.
Layihənin müəllifi Filologiya fakültəsinin II kurs tələbəsi Şahzadə Qəhrəmanlı idi.