Bakalavr və magistrlərə tələbə kartları paylanılıb

Bakalavr və magistrlərə tələbə kartları paylanılıb.

Əvvəlcə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbə kartı haqqında məlumat verib.

Bildirilib ki, tələbə kartı layihəsi Gənclər və İdman Nazirliyi, TəhsilNazirliyi, ATGTİ və Avrop aGənclər Kartı Assossasiyasının (EYCA) birgə təşkilatçılığı ilə həyata keçirilir. Azərbaycan Tələbə Kartının paylanılması tələbələrə social dəstəyin artırılması məqsədi daşıyır. Bu məqsədlə 2017-ci ilin fevralından respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bütün kurs tələbələrinin AzərbaycanTələbə Kartı ilə təmin edilməsi üçün sənədlərin qəbuluna başlanılıb.

Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Tələbə Kartı üçün hər hansı bir təşkilata üzv olmaq və sair kimi zərurətlər yoxdur və bu kart respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə təqdim edilir.

Vurğulanıb ki, Azərbaycan Tələbə Kartı öz sahibinə Avropanın 37 ölkəsində 80 mindən artıq və Azərbaycanda 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirimlər təklif edir.

Sonda tələbələrə kartlar təqdim edilib.