Bakalavriat təhsil səviyyəsində əyani və qiyabi formada təhsil alan tələbələr üçün 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında test formasında keçiriləcək imtahanlara dair təlimat

Əziz tələbələrimiz!

         Nəzərinizə çatdırırıq ki, 2023/2024-cü tədris ilinin payız semestri üzrə imtahanlar bəzi fənlərdən test üsulu ilə keçiriləcəkdir. Test imtahanları elektron formada kompüterdə qəbul  ediləcəkdir. Test imtahanları əsas tədris binasında əvvəlcədən ayrılmış 10 otaqda keçiriləcəkdir. Semestr ərzində keçirilmiş material əsasında 300-500 testlər hazırlanıb. Testlərin bir hissəsi isə imtahan başlamazdan əvvəl bunkerdə hazırlanacaq. İmtahan zamanı Sizə verilmiş 300-500 testlərdən 25 ədəd, bunkerdə hazırlanmış testlərdən isə 25 ədəd (cəmi 50 ədəd) qapalı formada test sualları seçilərək imtahanda Sizə təqdim ediləcək. Təqdim edilən test sualları 5 variantda cavabdan ibarətdir. Orada ancaq bir variant düzdür, yerdə qalan 4-ü isə yanlışdır. Düzgün olmayan 4 səhv cavab 1 düz cavabı siləcək. Ona görə də imtahan zamanı sualları diqqətlə oxumağınız və cavabları dəqiq təyin etməyiniz tövsiyə olunur. Test imtahanları verəcək hər bir tələbə üçün istifadəçi adı (login) və parolu yaradılıb. İstifadəçi (login) adı və parolu Sizə tyutorlar tərəfindən əvvəlcədən paylanacaq. Unutmayın ki, Sizə veriləcək istifadəçi (login) adı və parolu imtahan sessiyasının sonuna qədər istifadə edəcəksiniz. Ona görə də həmin istifadəçi adı (login) və parolu itirməməyiniz tövsiyə olunur. İstifadəçi adı (login) və parolu itdiyi halda tyutorunuza müraciət edə bilərsiniz.

Aşağıdakı sənədi yükləməklə imtahanlara dair təlimatla daha ətraflı tanış ola bilərsiz.