Baş Konsulla Görüş

05.12.2014- cü il tarixdə Gürcüstan Respublikasının Gəncədəki Baş konsulu cənab Mamuka Balavadze Gəncə Dövlət Universitetində olmuş, rektor Yusif Yusibovla görüş keçirmişdir.
Universitetin prorektorlarının  da iştirak etdiyi bu görüşdə hər iki tərəf Azərbaycan və Gürcüstan xalqının əsrlərlə qonşuluq münasibətlərindən, hal-hazırda da davam edən xoş məramlı əlaqələrindən, Gürcüstan Respublikasının vətəndaşlarının Gəncə Dövlət Universitetində təhsil almalarından,  Tibilisi Dövlət Universiteti,  Akakli Tsereteli adına Kutaisi Universiteti və  Telavi Dövlət Universiteti ilə əməkdaşlıqdan ətraflı bəhs edilmişdir. Görüş zamanı hər iki tərəf bundan sonra da elm, təhsil və s. sahələrdə əməkdaşlığı davam etdirməyi, Azərbaycan və gürcü xalqının dostluğunun daha da möhkəmlənməsi üçün öz töhfələrini verməyi xüsusilə vurğuladılar.
Görüşdən sonra konsul cənab Mamuka Balavadze  Universitetin laboratoriyaları,  auditoriyaları ilə maraqlanmış, eləcə də Xalq yaradıcılığı muzeyində müəllim və tələbələrin əl işlərilə yaxından tanış olmuşdur.