Beynəlxalq Akkreditasiya Maarifləndirmə Təlimi
Türkiyə Respublikasının “Turizm Akademisyenleri Derneğinin” (TUADER) təşkilatçılığı ilə “Turizm Eğitimi Değerlendirme ve Akreditasyon Kurulu” (TURAK) tərəfindən universitetlər üçün akkreditasiyanın əhəmiyyəti və proqram akkreditasiyasının rolu barədə turizmlə bağlı doktorantura və bakalavr proqramlarında çalışan rəhbər heyət, akademik və inzibati heyətin bilik səviyyəsini artırmaq məqsədilə “Akkreditasiya Maarifləndirmə Təlimi”nin keçirilməsi planlaşdırılır.
Bu təlimdə turizmlə bağlı doktorantura və bakalavr proqramlarında çalışan rəhbər heyət, akademik və inzibati heyətin iştirakının təmini və təşviq edilməsi yalnız müvafiq proqramların akkreditasiyaya hazırlığı baxımından deyil, eyni zamanda universitetdəki keyfiyyət və akkreditasiya prosesinə də müsbət töhfələr verəcəkdir. Bu səbəblə turizmlə bağlı doktorantura və bakalavr proqramlarında çalışan rəhbər, akademik və inzibati heyətlə birlikdə bütün proqramlarda çalışan heyətləridə təlimdə iştiraka dəvət edirik.
Təlim 19.03.2025-ci il tarixdə saat 11:30 – 13:30 aralığında onlayn formada təşkil olunacaqdır.
Təlimə qoşulmaq üçün aşağıdakı linkdən istifadə edilməlidir.
Link https://us06web.zoom.us/j/5352322125