Beynəlxalq əlaqələr şöbəsində bacarıqların artırılmasına dair silsilə təlimlər təşkil olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyyəsi əsasında Gəncə Dövlət Universiteti Beynəlxalq əlaqələr şöbəsi əməkdaşlarının bilik və bacarıqların artırılmasına dair təlimlər təşkil olunur. Təlimlərin əsas məqsədi əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrinə cəlb olunması və yüksək təhsil almaları istiqamətdə işlərin təkmilləşdirilməsidir. Gəncə Dövlət Universiteti bu hüsusda beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşlarını müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak etməki üçün dəstək göstərir. Təlimlərdə səriştələrin artırılması üzrə 4 komponent əsas götürülür:

  1. Problem həll etmə (fikir mübadiləsi, araşdırma, təhlil, yaradıcılıq, təşəbbüskarlıq və icra;
  2. Mədəniyyərlər arası ünsiyyət;
  3. Korporativ yazışma;
  4. İngilis dili bacarıqları.

Qeyd olunan yerli tədbirlərdən biri də 08.04.2022-ci il tarixdə Universitetin Beyəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov tərəfindən təşkil olundu. İlk təlimdə Ruslan Məmmədov şöbənin əməkdaşları Mustafa Hüseynova (baş mütəxəssis) və Səidə Abbasovaya (mütəxəssis) “Problem həll etmə” və “Mədəniyyərlər arası ünsiyyət” komponentlərinə uyğun təlim təşkil olundu. Yaxın günlərdə növbəti təlim təşkil olunacaqdır.