“TEKNOFEST Azərbaycan” Festivalında növbəti mərhələ

Gəncə Dövlət Universiteti İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov tərəfindən verilən məlumata əsasən, ilk dəfə olaraq Azərbaycanda baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında keçirilən müsabiqələrdə universitetimizi təmsil edən Riyaziyyat İnformatika Fakültəsi, İnformatika müəllimliyi və Kompyuter elmləri ixtisası, 4-cü kurs tələbələrindən ibarət #750 id nömrəli “TeknoTek” komandası (kapitan İlqar Qurbanov, Şamxal Rəhimli, Elşən Nağızadə) və  Biologiya-Kimya Fakültəsi, Kimya ixtisası 4-cü kurs tələbələrindən ibarət #581 id nömrəli “Desafio” komandası (kapitan Aysel Mustafayeva, Eminə Orucova, Jalə Əsgərova) Baku Skills Müsabiqəsi üzrə, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Turizm İşinin Təşkili ixtisası, 1-ci kurs tələbələrindən ibarət #1531 id nömrəli “Sina” komandası (kapitan Zinyət Nəzərova, Elşən Əskərov, Minayə Həmzətova, Vəzifə Nəbizadə, Zeynal Baxışov) Aqrar Texnologiyalar Müsabiqəsi üzrə son qiymətləndirmələrin nəticəsinə görə rəqib komandaları qabaqlayaraq növbəti mərhələyə keçmişlər.

Nəzərinizə çatdırırq ki, aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması məqsədi ilə təşkil olunan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında keçirilən on müsabiqənin beşində Gəncə Dövlət Universitetini təmsil edən “TeknoTek”, “Desafio” və “Sina” komandasına İnnovasiyalar Departamentinin əməkdaşlarından Rəşad İsgəndərov və Mustafa Hüseynov məsləhətçilik (mentorluq) etməkdədir. Hər üç komanda üzvlərini universitetimiz adından təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.