Beynəlxalq konfransda keyfiyyətin təminatı mövzusu müzakirə olunub

Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda “Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mədəniyyətinin formalaşması zamanı qarşıya çıxan çətinliklər və imkanlar” adlı bölmə iclası yer alıb. Bölmə iclasına Londonun Middlesex universitetinin professoru George Dafoulas rəhbərlik edib.