“BOWLING” yarışı

Bowling

Gəncə Dövlət Universitetinin dəstəyi ilə Tələbə Gənclər Təşkilatı “SAĞLAM GƏLƏCƏK , SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK ! ” layihəsi çərçivəsində tələbələr arasında “BOWLING” yarışı keçirib. Nəzərinizə çatıdıraq ki, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır. Layihə çərçivəsində keçirilən müsabiqədə 9 komanda olmaqla 30-a yaxın gənc iştirak etmişdir. 2 saat müddətində davam edən yarışın sonunda “Vikinqlər” komandası I , “Bozqurd” komandası II , “Team” komandası isə III yerə çıxıb. Qalib komandalar kubok, fəxri fərman və hədiyyələr ilə təltif olunublar. Sözügedən layihə çərçivəsində növbəti həftədə QİÇS-lə mübarizə gününə həsr olunmuş sosial – çarx çəkiləcək.