BRİTANİYALI QONAQ GDU-da


16-17 aprel 2015-ci il tarixdə Tempus- UNİVİA layihəsi çərçivəsində Böyük Britaniyanın Varvik Universitetinin (Warwick University) beynəlxalq şöbəsinin direktoru, layihənin Avropadan olan əsas tərəfdaş universitetinin koordinatoru və eksperti James Kennedy Gəncə Dövlət Universitetində işgüzar səfərdə olmuşdur. Qonağı Tempus- UNİVİA layihəsinin koordinator universitetinin (Azərbaycan Dövlət İqtisad Universiteti)  əlaqləndirici səxsi, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Bəyim Nəbiyeva müşayət edirdi.
James Kennedy Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə ilə görüşmüş, işgüzar söhbətlər aparmışlar.
Tempus- UNİVİA layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində Beynəlxalq əlaqələr şöbəsi yenidən qurulacaq, struktur dəyişikliklər ediləcək, universitetimizin bu sahədə fəaliyyəti keyfiyyət baxımından tamamilə başqa bir uğurlu istiqamətdə inkişaf edərək təkmilləşəcəkdir.
İşgüzar səfərdən sonra qonaqlar Universitetlə yaxından tanış olmuş, otaqlardakı, laboratoriyalardakı şəraitlə, təchizatla maraqlanmış və öz razılığını bildirmişdir.