BURAXILIŞ KURS TƏLƏBƏLƏRİNİN YEKUN TƏCRÜBƏLƏRİ BAŞLADI

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun əmrinə və mövcud tədris planlarına əsasən 29 sentyabr 2016-cı il tarixdən 02 noyabr 2016-cı il tarixədək Pedaqoji, Filologiya, Tarix-coğrafiya, Fizika və texniki fənlər  fakültələrinin müəllim istiqamətli ixtisaslarında təhsil alan tələbələri ixtisas kafedralarından olan təcrübə müəllimləri ilə birgə Gəncə şəhər orta məktəblərində və Gəncə Dövlət Regional Kollecində 5 həftəlik pedaqoji təcrübədə olacaqlar. Bu münasibətlə 29 sentyabr 2016-cı il tarixdə  Universitetin II tədris binasının akt zalında təcrübədə iştirak edəcək  professor-müəllim heyyəti və IV kurs tələbələrinin konfransı keçirildi.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin  Məmmədov konfransı açaraq pedaqoji təcrübənin zəruriliyi, əhəmiyyəti barədə geniş məlumat verdi.

Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov təcrübənin icra edilmə mexanizmi və həyata keçirilməsi barədə tədbir iştirakçılarını məlumatlandırdı. Tələbələrin və onların rəhbər müəllimlərinin təcrübə dövründəki vəzifələrini bir daha nəzərə çatdırdı.

Gəncə Dövlət Universitetinin IV kurs tələbələri hazırda 4, 6, 9, 10, 11, 18, 22, 25, 27, 28, 30, 31, 34, 39 saylı məktəblərdə və Gəncə Regional Kollecində dərslərdə dinləyici kimi iştirak edirlər, növbəti həftədən isə özləri qrafik əsasında sınaq dərslərini deyəcəklər.