ELMİ ŞURANIN YENİ TƏDRİS İLİNDƏ İLK İCLASI

03 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında 2016/2017-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirildi. Sədr professor Yusif Yusibov ilk öncə qeyd etdi ki, II,III və IY tədris korpuslarında təmir işləri vaxtında yekunlaşmışdır. IY tədris korpusunda isə fundamental iş görülmüş, bina divarlarına qədər sökülüb yenidən tədris üçün müasir tələblər səviyyəsində hazırlanıb tələbələrin və müəllim-professor heyətinin istifadəsinə verilmişdir. Az müddətdə belə bir işin görülməsi əsl fədakarlıq idi. Rektorluq təmir işlərində böyük zəhməti olan bir qrup işçini mükafatlandırmışdır. Universitetin İnzibatı təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Şahin Xurşudov, mühəndis Kifayət Məhərrəmova, II tədris binasının komendantı Gəncəli Tağıyev, bağban Elşən Abbasov, fəhlələrdən Hüseyn Məmmədov, Rövşən Abbasov, Novruz Həsənov, İlkin Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Cavadxan Mehdiyev  fəxri fərmanla təltif edilmiş,təsərrüfat işçiləri eyni zamanda pulla mükafatlandırılmışlar.

Sonra professor Yusif Yusibov Elmi Şura üzvlərini gündəlik məsələlərlə tanış etdi. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Həsənovun  “2015/2016-cı tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və 2016/2017-ci tədris ilində qarşıda duran vəzifələr” haqda geniş məruzəsi dinlənildi.

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri barədə hesabatı isə  Elmi Şura üzvlərinin diqqətini cəlb etdi.  Çünki bu hesabatda az müddətdə görülən işlər hamının ürəyindən olmuşdur. Məruzəçi qeyd etdi ki, 2 saylı tədris binasında yüksək kefiyyətli əsaslı təmir işləri aparılmışdır. 6 ədəd sanitar qovşağında asma tavanlar düzədilmiş, divarların kafel üzlükləri dəyişdirilmiş, döşəmələr metlax tavaları ilə üzlənmiş, metal plastik arakəsmələr quraşdırılmış,qapı və pəncərələr yenisi ilə əvəzlənmiş, daxili su, kanalizasiya və işıq sistemləri yenidən cəkilmişdir.

Binadan idman zalına kecidin 375 m2 yararsız şefer dam örtüyü sökülərək metal vərəqələrlə əvəzləndirilmişdir. 1-ci mərtəbədə kafedralar əsaslı təmir olunmuş, foye emulsiya ilə rənglənmişdir. İdman zalının fasadında 132 m2 suvaq işləri aparılmış, 640 m2  sahə emulsiya ilə rənglənmişdir.Mini futbol meydançasının ətrafında 850 m2 tamet döşəmə salınmışdır. Meydança ətrafında səki daşları düzülmüş,oturacaqlar quraşdırılmışdır.

3 saylı tədris binasının 1-ci və 2 ci mərtəbələrində təmir işləri yerinə yetirilmiş, aditoriyalara  və foyeyə 465 m2 taxta döşəmə vurularaq, siyrilib laklanmışdır. 1-ci mərtəbədə ağac qapılar metal plastik qapılarla əvəzlənmişdir. Bu  tədris binasında da 4 ədəd sanitar qovşağı yüksək kefiyyətlə əsaslı təmir olunmuşdur.

Bütün autitoriya və kafedralarda divarlara 15 sm enində müdafiə arxalıqları vurulmuş, pilləkən meydançaları və pillələr cilalanmış mərmər ilə üzlənmişdir. Dəhlizdə döşəməyə 15 m2 qranit salınmış, otaqlarda və dəhlizdə 3000 m 2   yaxın rəngsazlıq işləri aparılmışdır.

4 saylı tədris binasında əsaslı təmir işləri aparılmışdır. Aditoriyalara 800 m2 taxta döşəmə salınmışdır, 1-ci mərtəbənin dəhlizində və foyedə yararsız tamet döşəmə sökülərək 172 m 2 qranit döşəmə salınmış, pilləkən meydancaları və pillələr mərmər ilə üzlənmişdir. 298 m2  ağac pəncərə blokları sökülərək metal plastik bloklarla, 33 ədəd ağac qapı blokları “Avropa” tipli qapı bloklarla əvəzlənmiş, pəncərə blokları iki qat şüşə paketlə şüşələnmişdir.

Daxili işıq sistemi tamamilə dəyişdirilmişdir. Fasadın sement suvağı tökülmüş, yenidən 2000 m2  sahə suvanaraq fasad suya davamlı emulsiya ilə rənglənmişdir. Su axıdıcı borular dəyişdirilmiş, binanın giriş qapıları metal plastik qapılarla əvəzlənmişdir. 5800 m2 qədər daxili rəngsazlıq  işəri görülmüşdür.          Binanın həyətyanı sahəsində də xeyli abadlıq işləri aparılmışdır. Həyətə 1000 m2 asfalt döşəmə salınmış, 30 m2 yararsız tamet döşəmə dəyişdirilmiş, səki daşları düzülmüşdür. Daş hasara sement suvağı vurulmuş, təmir olunmuş giriş qapının yanları aqlayla üzlənmiş, döşəməyə tamet döşənmiş, hasar emulsiya ilə rənglənmişdir.

5 saylı tədris binasında da əsaslı təmir işləri aparılmaqdadır. Hal-hazırda həyətyanı sahədə abadlıq işləri görülür. Mini parkda fəvvarə tikilir, su hovuzu təmir olunur, su nasosları quraşdırılır, sahələrə su xətti cəkilir. Həyətdə yerləşən qazanxana və yarımstansiya təmir olunmuş, yeraltı kabel və optik kabel cəkilmişdir. Binanın əsas giriş qapısı sökülərək yenidən qurulur.

Universitetin Dədə Qorqud kuçəsində yerləşən 1 saylı yataqxanasının əsaslı təmiri üçün smeta layihə sənədləri hazırlanmışdır. Maliyyə sənədləri həll edildikdən sonra yaxın zamanda yataqxanada əsaslı təmir işləri başlanacaqdır.