“Canlılar və mühit əlaqəsi” mövzusunda təlim
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova “Canlılar və mühit əlaqəsi” mövzusunda Zoom Meeting vasitəsilə təlim keçirib. Təlimə Gəncə Dövlət Universiteti də daxil olmaqla Respublikanın ümumilikdə 8 ali təhsil ocaqlarından 78 nəfər bakalavr və magistr pilləsində təhsil alan tələbələr (BDU, ADA, ADAU, UNEC, ADNSU, MDU, ATU və GDU) qoşulub.
Təlim zamanı “Ekologiya niyə vacibdir?”, “Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının fərqi nədir?”, “Bu ixtisasları bitirən tələbələr harada işləyə bilər?” kimi mövzular ətrafında çıxışlar olub.
Professor Sevda Əhmədova adıçəkilən ixtisasları bitirən məzunların öz ixtisasları üzrə çalışdıqları və həmçinin yeni iş yerləri haqqında da məlumat verib. Professor iştirakçılara müraciət edərək təklif edib ki, müxəlif universitetlərin tələbələri ilə birlikdə layihələr icra olunarsa dövlətimiz üçün də xeyirli olar.
Təlimdə ixtisasla bağlı tələbələrin sualları cavablandırılıb. Maraqlı və öyrədici keçən təlimdə bir neçə tələbə təhsil aldıqları universitetlərdən Gəncə Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasına köçürülmələrinin mümkünlüyü haqqında da soruşublar.
Sonda Ekalogiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi Mirfəqan Hacıyevin təsis etdiyi “King Education Company MMC” tərəfindən təlimçi professor Sevda Əhmədova, eləcə də iştirakçılar sertifikat və təşşəkkürnamə ilə təltif ediliblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti