Azərbaycan qərb ölkələri üçün vacib tərəfdaşa çevrilib
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – ,,Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinin ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyəti var. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Sərgilərin əhəmiyyəti ölkə prezidenti Cənab İlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. […]









