Gəncə Dövlət Universitetinin bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə
Gəncə Dövlət Universitetinə (GDU) qəbul olunmuş hər bir abituriyent 16-28 avqust 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) hər gün saat 9:30-dan 17:00-dək GDU-nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir: Tam orta təhsil haqqında sənəd (attestat- əsli və surəti). Şəxsiyyət vəsiqəsi (əsli və 3 […]




