Gəncə Dövlət Universitetinin bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə

Gəncə Dövlət Universitetinə (GDU) qəbul olunmuş hər bir abituriyent  16-28 avqust 2018-ci il tarixlərində  (şənbə, bazar və bayram  günləri istisna olmaqla) hər gün saat 9:30-dan 17:00-dək GDU-nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir:

  1. Tam orta təhsil haqqında sənəd  (attestat- əsli və surəti).
  2. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  3. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  4. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  5. İş nömrəsi və şifri
  6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə- (oğlanlar üçün) (əsli və 2 nüsxə surəti)
  7. Birinci kursun illik təhsil haqqı (ödənişli əsaslarla qəbul olmuş tələbələr üçün)

Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər I kursun təhsil haqqını tam ödəməlidirlər. Ödəniş Kapital Bankın universitetin yaxınlığındakı ödəmə terminalında və filiallarında   saat  9:30 dan  17:00-dək  qəbul  olunur.

 

DİQQƏT

TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD OLUNAN TƏLƏBƏLƏR

 

  • Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır)
  • Şəhid ailəsi statusunu almış ailənin üzvü.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı  həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları
  • Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

=================================================

Təhsil haqqı ödənişindən azad olunan abituriyentlər

aşağıdakı sənədləri təqdim etməlidilər:

I.  Məcburi köçkün statusu olan tələbələr:

  1. Tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsi (cari ilin sonunadək qeydiyyatdan keçirilmiş) əsli və notarial qaydada təsdiq olunmuş surəti;
  2. Tam orta təhsil haqqında sənəd  (attestat).
  3. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  4. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  5. Sağlamlıq haqqında arayış  (forma 086)
  6. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  7. İş nömrəsi və şifri
  8. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün) – əsli və 2 nüsxə surəti

 

II. Şəhid ailəsinin üzvü olan tələbələr:

  1. 1.   Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  2. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
  3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti ;
  4. Tam orta təhsil haqqında sənəd  (attestat).
  5. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  6. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  7. Sağlamlıq haqqında arayış  (forma 086)
  8. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  9. İş nömrəsi və şifri

10. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün) – əsli və 2 nüsxə surəti

 

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

 

III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  1. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsi (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır)
  2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti ;
  3. Tam orta təhsil haqqında sənəd  (attestat).
  4. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  5. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  6. Sağlamlıq haqqında arayış  (forma 086)
  7. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  8. İş nömrəsi və şifri
  9. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün) – əsli və 2 nüsxə surəti

 

III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən vəməhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  1. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)
  2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti ;
  3. Tam orta təhsil haqqında sənəd  (attestat).
  4. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  5. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  6. Sağlamlıq haqqında arayış  (forma 086)
  7. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  8. İş nömrəsi və şifri
  9. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün) – əsli və 2 nüsxə surəti

 

IV.  Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş,

o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

 

  1. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
  2. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış.
  3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti ;
  4. Tam orta təhsil haqqında sənəd  (attestat).
  5. Şəxsiyyət  vəsiqəsi (əsli və 3 nüsxə surəti)
  6. Fotoşəkil (ağ fonda, rəngli)  3×4  ölçüdə – 6 ədəd
  7. Sağlamlıq haqqında arayış  (forma 086)
  8. Tərcümeyi-hal (universitetdə doldurulacaq)
  9. İş nömrəsi və şifri

10. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün) – əsli və 2 nüsxə surəti

 

Qeyd: Ödənişdən azad edilmə 23 yaşınadək qüvvədədir.

Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.