Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən bəhs edib. […]










