Gəncə şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri üçün inklüziv təhsil üzrə ixtisasartırma təlimləri keçirilib
Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün mərkəzin mütəxəssisi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) inklüziv təhsil üzrə təlimçi-mentoru, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən Gəncə şəhəri 20 və 39 nömrəli tam orta məktəblərin müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.Ümumilikdə 24 akademik saat həcmində təşkil olunan təlimlərdə 40 nəfər müxtəlif fənləri […]










