DAHA BİR MÜQAVİLƏ İMZALANDI

Gəncə Dövlət Universiteti xarici ölkə ali məktəbləri ilə yanaşı Respublikamızın universitetləri ilə də sıx əməkdaşlığın yaradılmasına xüsusi diqqət yetirir. Növbəti əməkdaşlıq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə yaradıldı. Artıq hər iki universitetin rektoru belə bir müqaviləyə imza atdılar.

UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibovun  imzaladıqları  əməkdaşlıq müqaviləsinə əsasən universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, anti-plagiat sahəsində təcrübə mübadiləsinin aparılması, distant təhsil də müqavilədə nəzərdə tutulmuşdur.

Qeyd edilən maddələrin reallaşması üçün davamlı olaraq görüşlərin keçirilməsi qərara alınmışdır.