“Danış, səni tanısınlar!” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

               İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin həyata keçirdiyi “Danış, səni tanısınlar!” layihəsi çərçivəsində  Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçirilib.

      Öncə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək səlist nitqin və düzgün özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində ətraflı danışıb.

     Tədbirdə “Danış, səni tanısınlar!” layihəsinin rəhbəri Eyyub Kərimli  və  səlist nitq üzrə mütəxəssis,  təlimçi Cəlalə Nəzəroğlu  çıxış edərək layihənin məqsədindən və  gənclərin özünü ifadə imkanlarının genişləndirilməsinə dair təlimlərin əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, əsas məqsəd gənclərdə səlist nitqin və düzgün özünüifadənin formalaşmasına yardım etməkdir.

   Çıxış edənlər onu da diqqətə çatdırıblar ki, 5 region universitetini əhatə edən layihə çərçivəsində 500-ə yaxın gənc özünü ifadə imkanlarının genişləndirilməsinə dair təlimlərdən yararlana biləcək.

   Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti