“Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun İş planına uyğun olaraq May ayı üçün iclası keçirildi

30 May 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun 05 saylı iclası keçirildi. İclasda monitorinq qrupunun bütün üzvləri iştirak etdilər.

Əvvəlcə gündəlik məsələlər- Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun hazırladığı iş planına uyğun olaraq dərs yüklərinin bölgüsü zamanı daxili əvəzçilər və daxili saat hesabı üçün nəzərdə tutulan yüklərin optimallaşdırılması üçün 31 kafedra tərəfindən yazılı şəkildə təqdim edilmiş təklifləri müzakirə edilmişdir.

Daha sonra yuxarıda qeyd edilən məsələlər müzakirə olunub və monitorinq qrupunun bütün üzvlərinin təklifləri dinlənilib və müvafiq qərar qəbul olunub.