Elmi-Metodik Şuranın yeni iclası keçirilib
Gəncə Dövlət Universitetinin Elmi metodiki Şurasının 26.05.2025-ci il tarixində 06 saylı iclası keçirilib. İclası sədr Tədris departamentinin direktoru Elturan Yusifov açaraq gündəlik məsələ haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, iclasda bakalavriat təhsil səviyyəsi üçün hazırlanan, Təhsil proqramında nəzərdə tutulan fənn proqramlarına qrif verilməsi, ali məktəb tərəfindən müəyyən edilən fənlərə aid fənn proqramına qrif verilməsi, magistratura şöbəsində əyani təhsil forması üzrə fəaliyyət göstərən ixtisaslarda tələbələr tərəfindən seçilən fənlərin əmrləşdirilməsi digər məsələlər müzakirə edilməlidir. İclasda müzakirə edilən bütün məsələlər qənaətbəxş hesab edildiyi üçün rektorluq tərəfindən əmrləşdirilməsi təklif edilərək qərar qəbul olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti