DEBAT TƏLİMLƏRİ


04-05 aprel 2015-ci tarixdə Gəncə Debat Mərkəzinin əməkdaşlığı ilə Gəncə Dövlət Universitetinin   Tələbə Gənclər Təşkilatının layihəsi əsasında  debat təlimləri təşkil olundu.
İki gün davam edən bu təlimlərdə universitetin əksər fakültələrindən olan 70 nəfər tələbə iştirak edirdi. İkinci günki təlimdə artıq onlardan 33 nəfər dinləyici seçilmişdi.
Tələbələr təlimlərdə natiqlik bacarıqlarına yiyələnəcək,  auditoriya qarşısında sərbəst çıxış etmək, araşdırma qabiliyyətlərini inkişaf etdirəcəklər. Təlimdə tələbələr həmçinin  özlərini komanda işində sınamaq, qarşısındakını inandırmaq, komplekslərdən azad olmaq,  rasional qərar qəbul etmə metodlarını da  öyrənəcəklər.
Təlimlərə İqtisadiyyat və idarəetmə  fakültəsinin III kurs tələbəsi Elsevər Cabbarov, Filologiya fakültəsinin III kurs tələbəsi Rufanə İbadova, Tarix-coğrafiya fakültəsinin  III kurs tələbəsi Turqan Əliyev  rəhbərlik edirdi.