DIRNA layihəsi çərçivəsində “İnstitusional Repozitoriyaların təkmilləşdirilməsi” üzrə seminar təşkil edilib
20 iyun 2025-ci il tarixində DIRNA layihəsi çərçivəsində İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Dr. Raziyə İsayeva tərəfindən “Akademik Heyət Dəstəyi ilə İnstitusional Repozitoriyaların Təkmilləşdirilməsi” adlı seminar təşkil edilib.
Seminarda Xəzər Universitetinin əməkdaşları və tərəfdaş universitetlərin nümayəndələri iştirak edib.
Seminarda İnstitusional Repozitoriyaların əhəmiyyəti, universitetin İnstitusional Repozitoriyasının inkişafında akademik heyətin əsas rolu, fakültələrarası əməkdaşlıq, materialların repozitoriyada saxlanması və platformada keyfiyyətli tədqiqat işlərinin tərtibi müzakirə edilib.
Sonda hər bir tərəfdaş universitetə İnstitusional Repozitoriyalarının təşviqi üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.





