DIRNA layihəsi çərçivəsində onlayn görüş təşkil edilib

11 dekabr 2024-cü il tarixində Xəzər Universitetinin koordinatorluğu ilə ERASMUS+ DIRNA layihəsi çərçivəsində onlayn görüş təşkil edilib.

Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycandan olan digər tərəfdaş universitetlər və İzmir Texnologiya İnstitutunun nümayəndələri iştirak edib. DIRNA layihəsi çərçivəsində yaradılacaq elektron arxiv platformasının strukturu, müəyyən başlıqlara uyğun meta-məlumatların daxil edilməsi və sistemin sonrakı mərhələlərdə hər bir universitetdə necə fəaliyyət göstərəcəyi barədə müzakirələr aparılıb.