DÖVLƏT TURİZM AGENTLİYİNİN ƏMƏKDAŞLARI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB


8 noyabr Gəncə Dövlət Universitetində Dövlət Turizm Agentliyi nəzdində könüllülərin fəaliyyətinin təşkil olunması ilə bağlı tələbələrlə görüş keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə Dövlət Turizm Agentliyinin Hüquq və insan resursları şöbəsinin Dövlət qulluğu və kadr hazırlığı sektorunun baş məsləhətçisi Hüseyn Məmmədov, Gəncə regional Destinasiya Menecment Təşkilatının direktoru Zaur Bayramov, eləcə də universitetin professor-müəllim heyəti və İqtisadiyyat-idarəetmə fakültəsinin tələbələri iştirak ediblər.
Tədbirdə tələbələrə Turizm Könüllüləri Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, gələcək planları, həyata keçiriləcək layihələr və inkişaf proqramları barədə məlumat verilib. Bildirilib ki, Turizm Könüllüləri Təşkilatının əsas məqsədi ona üzv olan gənclərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə iştirakçılığına şərait yaratmaq, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəsislərin yetişdirilməsi üzrə müxtəlif konsepsiyalarını, layihə və proqramlarını həyata keçirmək, turizm könüllülərinin şəxsi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində işlər aparmaq, regionlarda könüllülərin vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin etməkdən ibarətdir.
Diskusiya şəraitində keçirilən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.