GDU-nun tələbələri idman yarışında 1-ci yeri qazandı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə idman yarışı keçirilib. Yarışda Gəncə şəhəri üzrə gənclərdən ibarət 10 komanda iştirak edib.
İdman yarışında gərgin və maraqlı mübarizə şəraitində Gəncə Dövlət Universitetinin komandası yüksək əzmkarlıq göstərək minifutbol, şahmat və dama idman növü üzrə 1-ci yeri qazanıb. GDU-nun qalib tələbələrinə fəxri fərman, kubok və medal təqdim olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, idman növlərinin inkişaf etdirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, dostluq münasibətlərinin gücləndirilməsi olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





