GDU-nun əməkdaşı orta mətkəbdə ustad dərsi keçib

 Gəncə Dövlət Universitetinin İnformatika və cəbr kafedrasının baş müəllimi İlhamə Zeynalova Gəncə şəhəri M. C. Paşayev adına 39 saylı tam orta məktəbdə “Süni intellekt: tətbiqləri və gələcəyi” mövzusunda ustad dərsi keçib.

Ustad dərsində universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, İnformatika və cəbr kafedrasının müdiri İlqar Cabbarov, tələbələr və şagirdlər iştirak ediblər.

 Məruzəçi İlhamə Zeynalova bildirib ki, əsas məqsəd şagirdlərdə süni intellekt texnologiyalarına maraq oyatmaqdır. Dərsdə şagirdlərə süni intellektin müxtəlif sahələrdə — sənaye, tibb, təhsil və gündəlik həyatda tətbiqi nümunələrlə izah olunub. Təhsil sahəsində istifadə olunan Sİ platformaları, onların şagirdlər üçün yaratdığı imkanlar — fərdi öyrənmə, interaktiv tapşırıqlar və biliklərin qiymətləndirilməsi kimi üstünlüklər nümayiş olunub.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti