tələbəmiz XI Respublika Elmi Konfransında uğurla iştirak edib

Gəncə Dövlət Universitetinin Fizikanın tədrisi metodikası ixtisaslaşması üzrə 1-ci kurs magistr tələbəsi Fidan Avazova Bakı Dövlət Universitetində keçirilən “Gələcəyin Alimləri” adlı tələbələrin XI Respublika Elmi Konfransında uğurla iştirak edib.

O, “Tam orta təhsil məktəblərində mexanikaya aid keyfiyyət xarakterli məsələ həlli şagirdlərdə bilik keyfiyyətinin yüksəldilməsi vasitəsi kimi” mövzusunda çıxış edərək, məktəblərdə fizikanın tədrisinin keyfiyyətinin artırılması istiqamətində elmi yanaşmalarını təqdim edib.

Fidan Avazovanın bu konfransdakı iştirakı onun elmi fəaliyyətə olan marağını, pedaqoji istiqamətdə araşdırmalarını və gələcək elmi potensialını nümayiş etdirir.