Elmi-Metodik Şuranın yeni iclası keçirilib

Gəncə Dövlət Universitetinin Elmi-metodiki Şurasının 20.02.2026-ci il tarixli iclasının 05 saylı iclası keçirilib.  İclası sədr, Tədris departamentinin direktoru Elturan Yusifov açaraq gündəlik məsələ haqqında iştirakçılara ətraflı məlumat verib. İclasda aşağıdakı məsələlər müzakirə edilib:

  1. Magistratura səviyyəsi üzrə yeni təhsil proqramında Təhsil proqramlarında nəzərdə tutulan “Tədqiqat metodları”, “Akademik yazı və etika”, “Tədqiqat analitikası”  fənn proqramlarının universitet üzrə vahid proqram kimi nəşr hüququ qrif verilməsi məsələsi;
  2. 2026/2027-ci tədris ilində Riyaziyyat və informatika fakültəsində bakalavriat təhsil səviyyəsi üzrə II, III, IV və V kurslarında Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər blokunda dəyişikliklər aparılması barədə;
  3. Qərbi azərbaycanlılarının deportsiyası ilə bağlı mövzuların tədris proqramlarına və dərsliklərə salınması üçün müvafiq strukturlara göstəriş verilməsi barədə;
  4. Gəncə Dövlət Universiteti PHŞ-nin 28.10.2025-ci il tarixli 5/616 saylı əmrinə əsasən Universitetdə fəaliyyət göstərən Filologiya və Xarici dillər fakültələri birləşdirilərək struktur dəyişikliyi aparıldığına görə həmin fakültənin və fakültədə fəaliyyət göstərən kafedraların yeni Əsasnamələrinin müzakirəsi;
  5. Qiyabi şöbədə İqtisadiyyat, Marketinq və Biznesin idarə edilməsi ixtisasları üzrə tədris prosesinin qrafikində dəyişiklik edilməsi məsələsinin müzakirəsi;
  6. Universitet əməkdaşlarının bakalavriat  və magistratura təhsil səviyyələri üçün hazırladıqları Təhsil proqramlarında nəzərdə tutulan fənn proqramlarına nəşr hüququ (qrif) verilməsi ;
  7. Universitet əməkdaşlarının magistratura və bakalavriat  təhsil səviyyələri üçün hazırladıqları Ali məktəb tərəfindən müəyyən edilən məcburi fənlərə aid  fənn proqramlarına və Ali Təhsil Müəssisəsi tərəfindən müəyyən edilən fənlərə aid fənn proqramlarına qrif verilməsi məsələsi;
  8. Universitet əməkdaşları tərəfindən hazırlanmış dərs vəsaitləri və  metodiki vəsaitlərə qrif verilməsi məsələsi;

İclasda müzakirə edilən ilk məsələ üzrə “Tədqiqat metodları”, “Akademik yazı və etika” və “Tədqiqat analitikası” fənn proqramlarının hər biri üzrə işçi qrupları yaradılmışdır. Qərara əsasən, işçi qrupları Şuranın növbəti iclasınadək müvafiq tapşırıqların yerinə yetirilməsini öhdələrinə götürmüşlər. İclasda müzkirə edilən digər məsələlər qənaətbəxş hesab edildiyi üçün rektorluq tərəfindən əmrləşdirilməsi təklif edilərək qərar qəbul olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti