Elmi potensialın gücləndirilməsi, müxtəlif qrant və mobillik proqramlarında iştirak qaydaları, eləcə də, yeni çağırışlara dair təlim
Gəncə Dövlət Universiteti Elm və innovasiyalar üzrə prorektorluğun rəhbərliyi, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə akkreditasiya meyarlarını nəzərə alaraq elmi potensialın gücləndirilməsi, müxtəlif qrant və mobillik proqramlarında iştirak qaydaları, eləcə də, yeni çağırışlara dair təlim 25 aprel tarixində saat 11:00-də GDU-da V tədris binasının böyük akt zalında təşkil olunacaqdır.
Təlimçi “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, Şirkətin müştəri məmnunluğu üzrə mütəxəssisi eləcə də, təhsil eksperti İltifat İbrahimovdir.
Təlimdə aşağıdakı mövzular işıqlandırılacaq:
- “Journal Citation Reports”
- “Master Journal List”
- Təşkilat Profili
- Tədqiqatçı Profili
- “EndNote Referans” idarəetmə sistemi
- Beynəlxalq tədqiqat, mobillik və qrand imkanları