ELMİ ŞURADA QIŞ İMTAHAN SESSİYASI VƏ AKKREDİTASİYA PROSESİ İLƏ BAĞLI HAZIRLIQ MÜZAKİRƏ EDİLİB

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb.

Sonra  Akkreditasiya Komissiyasında  özünütəhlil  hesabatı ilə əlaqədar görülən işlərlə bağlı və 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun məruzəsi dinlənilib.

Ümumi riyaziyyat kafedrasının dosenti elmi adını almağa dair Sübhiyyə Zeynallının, İnformatika kafedrasının dosenti elmi adını almağa dair Natəvan Məmmədovanın Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.