Engage layihəsinin məlumatlandırma günü təşkil edilib
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti məlumatlandırma günü təşkil edilib.
Tədbirin başlanğıcında layihənin işçi qrupunun üzvü Vasif Həsənov çıxş edərək iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib. Layihənin ali təhsil müəssisələrində sahibkarlıq düşüncəsinin formalaşdırılması və startap mədəniyyətinin inkişaf etdirilməsində oynadığı rol xüsusi vurğulanıb.
Vasif Həsənov tələbələrə seçmə fənlər blokunda yer alan ENGAGE layihəsi əsasında yaradılmış “Sahibkarlığın əsasları və biznesə giriş” adlı fənnin əhəmiyyətindən bəhs edib. Bu fənnin onların gələcək həyatlarında önəmli yer ala biləcəyindən və onların hər birinin içində yatan sahibkarlıq bacarıqlarının üzə çıxarılmasında önəmli olduğunu qeyd edib.
Tədris departamentinin direktoru Elturan Yusifov isə çıxışında ENGAGE layihəsi əsasında yaradılmış “Sahibkarlığın əsasları və biznesə giriş” adlı fənnin seçmə fənlər blokundan seçim zamanı üstünlük verilməsini, tələbələrin bu şansı qaçırmamasını bildirdi.
Sonda tələbələrin ünvanladığı “Sahibkarlığın əsasları və biznesə giriş” adlı fənn haqqında suallar cavablandırıldı.





