EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 4 GÜNLÜK TƏLİM KEÇİRİLİB

25 iyun 2018-ci il tarixində Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin 4 günlük təlimləri keçirilib. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndələri ilə yanaşı ölkəmizin 10 ali təhsil müəssisələrinin rəhbər işçiləri və layihə işçi qrupu iştirak edib. Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin əməkdaşları İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev və İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov təmsil edib.

Təlimlərdə universitetlərdə mövcud olan keyfiyyət təminatı ilə bağlı hazırki vəziyyətin analizi, inkişaf metodları və təcrübədən keçirilmiş modellər müzakirə edilib. Eyni zamanda layihədə nəzərdə tutulmuş qaydada ali təhsil müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzinin yaradılması və inkişaf etdirilməsi planı, növbəti mərhələlərdə görüləcək işlər ətraflı təhlil olunub.

Layihənin tərəfdaşları arasında Azərbaycan universitetləri ilə yanaşı xarici partnyorlar – Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universiteti də var.