Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının növbəti iclası keçirilib

       Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ K2 layihəsinin “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsinin Keyfiyyətin təminatı şurasının 2-ci iclası keçirilib.

     Görüşdə Gəncə Dövlət Universitetini İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri, eyni zamanda layihənin GDU tərəfindən meneceri Razim Əliyev təmsil edib.

    Görüşdə layihə konsorsiumuna  daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndəsi iştirak edib.

     Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) (https://unec.edu.az/) Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nərmin İbrahimova layihənin tanıdılması üçün təcrübə səfərlərindən sonra Bakıda yekun konfrans keçirilməsini təklif edib və R. Dunlapın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcümə edilməsinin layihənin dayanıqlılığı üçün əhəmiyyətli amil olduğunu qeyd edib.

      İclasda bir sıra keyfiyyətə nəzarət məsələləri müzakirə olunub və yekun olaraq vahid bir keyfiyyətə nəzarət sənədinin yaradılması haqqında qarşılıqlı razılıq əldə olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti