“Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə erkən nikahların yeniyetmələrin sağlamlığına və gələcək həyatlarına ciddi mənfi təsir göstərməsindən danışılıb. Qeyd edilib ki, erkən nikahlar məişət zorakılığının başlıca amillərindəndir.

  Tədbirdə erkən nikah halları ilə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər və  cəmiyyətdə gənc qızların təhsillə bağlı üzləşdiyi problemlərdən də söhbət açılıb.

   Sonda mövzu ətrafında tələbələrin münasibəti öyrənilib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti