Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı sertifikatla təltif edilib

Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı “Gələcək üçün bacarıqlar” layihəsinin “Mentorluq üzrə ixtisaslaşma” proqramını uğurla başa vurduqlarına görə sertifikatla təltif edilib.

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov sertifikatları təqdim edərək əməkdaşlara uğurlar arzulayıb.

Xatırladaq ki, 25 oktyabr 2022-ci il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsinin “Mentorluq üzrə ixtisaslaşma proqramı”na dair təlim təşkil edilib. “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti