Gəncə Dövlət Universitetində intellektual oyunun növbəti mərhələsi keçirilib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında intellektual oyunun 5-ci mərhələsi keçirilib.

Gənclərin yaradıcı və intellektual inkişafına təkan vermək və tələbələrin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədi ilə keçirilən bilik yarışında universitet üzrə 11 komanda iştirak edib.

İntellektual oyunda “Tufan” komandası I, “Tesla” komandası II, “Köhnə batalyon” komandası isə III yeri tutaraq növbəti mərhələyə keçmək şansı qazanıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti