FƏNN PROQRAMLARININ, SİLLABUSLARIN VƏ DƏRS VƏSAİTLƏRİNİN HAZIRLANMASI, TƏSDİQ EDİLMƏSİ, BU İSTİQAMƏTDƏ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİ ÜÇÜN YARADILMIŞ İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

          28 aprel 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün yaradılmış işçi qrupun 3-cü iclası keçirilmişdir. İclasda iki məsələ müzakirə olunmuşdur:

          1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün yaradılmış işçi qrupun kafedralarda apardığı monitorinqlərlə bağlı  mövcud vəziyyətin təhlili.

          2. Proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması.

          İşçi qrupun sədri dosent Elçin  Cavadov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akreditasiya Şurasının 28  noyabr 2024-cü il tarixli AKŞQ-02 nömrəli qərarına əsasən təsdiq edilmiş Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədi ilə yaradılmış işçi qrupun Fəaliyyət Planında nəzərdə tutulan məsələlərin monitorinqinin təşkili məqsədi ilə Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin 16.04.2025-ci il tarixli 5/203 saylı əmri əsasında əmək bazarının nümayəndəsi qismində Maraqlı tərəf kimi prosesə cəlb edilmiş şəxslər də iclasa dəvət olunmuşdur.

          Bu gün keçirilən iclasda Maraqlı tərəf kimi Gəncə şəhəri, 14 saylı orta məktəbin  Texnologiya  və  STEAM müəllimi Ruhiyyə Quliyeva, Gəncə şəhəri 28 saylı orta məktəbin İnformatika müəllimi Günel Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Ayaz Həsənov, 39 saylı orta məktəbin fizika müəllimi Rasim Hüseynov, Gəncə şəhəri İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın müəllimi Hamaya Vəliyeva, Gəncə şəhəri, 28 saylı orta məktəbin kimya-biologiya müəllimi Günay Namazova, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müdiri, dosent  Etibar Musayev iştirak etmişdir.

          İşçi qrupun rəhbəri dosent  Elçin Cavadov qrup üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra onlardan öz təkliflərini səsləndirməyi xahiş etmişdir. Müzakirələrdən sonra maraqlı tərəflərdən, eləcə də əmək bazarı nümayəndələrindən daxil olmuş təkliflər səsləndirilmiş, onlara dair fikir mübadiləsi aparılmışdır.

          Qrup üzvləri  dosent Yadigar  Əliyev, dosent Mətanət Sadıxova, baş müəllim Eldar Mehdiyev, dosent Xəyalə Kəsəmənli, dosent Günay Kazımova  müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini  bildirdilər. Yekunda işçi qrup üzvlərinin yekdil rəyi ilə müvafiq qərarlar qəbul edildi.