Fakültələrarası dama yarışının qalibləri mükafatlandırılıb

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü, şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə tələbələr arasında dama yarışı keçirilib.

Üç turdan ibarət yarışın ilk iki mərhələsində 6 fakülütə iştirak edib.Üçüncü turda isə ilk üç yerin qalibləri müəyyən olub.

Yarışın nəticələrinə görə Fizika və texniki fənlər fakültəsi 1-ci yerə, Pedaqoji fakültə 2-ci yerə, Xarici dillər fakültəsi isə 3-cü yerə layiq görülüb.

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.