Filologiya fakültəsinin buraxılış kurs tələbələri istehsalat təcrübəsində iştirak edirlər

       2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbərinin pedaqoji internatura və istehsalat təcrübəsi uğurla davam edir.

      Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yerləşən müəssisələr arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında Filologiya fakültəsinin Filologiya ixtisasının ıv kurs tələbələri Mir Cəlal Paşayev adına Ev Muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İsrafil Məmmədovun Ev Muzeyində və digər tarixi məkanlarda  istehsalat təcrübəsində iştirak edirlər. Azərbaycan dili kafedrasının, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının rəhbər müəllimlərinin də iştirak etdiyi istehsalat təcrübəsində tələbələr muzey eksponatları və sərgilənən kitablar əsasında ixtisaslarına uyğun məlumatlar əldə edirlər.

        Təcrübədə rəhbər müəllimlər tərəfindən  tələbələri maraqlandıran suallar ətraflı cavablandırılır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti