FIRAT UNİVERSİTETİNDƏN GƏLƏN NÜMAYƏNDƏ HEYƏTİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT ETDİLƏR

20 noyabr 2021-ci il tarixdə İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və Fırat Universitetinin İdman Elmləri Fakültəsinin İdman İdarəetməsi Kafedrasından Prof. Dr. Sebahattin DEVECIOĞLU, Fənn Fakültəsinin Statistika Kafedrasından Doç. Dr. Nurhan HALİSDEMİR və İnformasiya Texnologiyaları şöbəsindən Atilla BİNGÖL Şəhidlər Xiyabanını ziyarət etmişlər.  Şəhdilər Xiyabanında nümayəndə heyəti şəhid Yüksəl İlqar oğlu Əlizadənin ildönümü münasibəti ilə təşkil edilmiş anım günündə də iştirak etmişdir. Qonaqlar şəhidin anası Leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımovaya başsağlığı vermiş və öz hisslərini bölüşmüşdür.

Şəhidlər Xiyabanında qonaqlar 44 günlük Vətən Müharibəsi Qaziləri ilə də səmimi görüş keçirmişdir. Görüş zamanı Qazilər qonaqları Bağmanda Şəhidlər üçün yeni açılmış Bulağa baxmağa dəvət etmişdir. Qonaqlar həmin bulağı ziyarət edərək Şəhid atası ilə söhbət etmiş, Qazilərlə söhbətlər aparmış və sonda xatirə şəkli çəkdirmişlər.

Bundan sonra qonaqlar Azərbaycan Ordusunun baş leytenantı şəhid Elşən Abdullayevin atası Fizika kafedrasının baş müəllimi Sabir Abdullayevə başsağlığı vermək üçün onunla evində görüşmüşdür. Görüş zamanı Sabir müəllim qonaqlara oğlu şəhid baş leytenant Elşən Abdullayevin döyüş yolundan bəhs etmişdir. Qonaqlar şəhidin atasına səbr diləyərək öz hisslərini bölüşmüşdür.

Qeyd edək ki, Qonaqlar 1 gün öncə digər bir şəhidimizin ailəsini də ziyarət etmişlər. Onlar Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlunun yas mərasimində iştirak etmiş və şəhidin atsına başsağlığı verərək ona səbr diləmişlər.